Serj Sarkisyan İrəvanda iclas keçirir

07 May, 2018 17:06 | Siyasət | Baxış sayı: 330
Serj Sarkisyan
Serj Sarkisyan

Ermənistan parlamentində hələ də çoxluğa nəzarət edən Respublika Partiyasının İcra orqanı bu dəqiqələrdə iclas keçirir.

İstiPress "news.am"a istinadən xəbər verir ki, iclası keçmiş prezident və keçmiş baş nazir Serj Sarkisyan aparır. İclasın gündəliyində sabah parlamentdə yeni baş nazirin seçilməsi ilə bağlı məsələnin dayandığı təxmin edilir.

İcra orqanının iclasının başa çatmasından sonra Serj Sərkisyan partiyanın parlament fraksiyasını toplayacaq.

Sabah parlamentdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi ikinci dəfə müzakirəyə çıxarılacaq. Respublika partiyası bundan əvvəl bəyan edib ki, Paşinyanın baş nazir olmasını dəstəkləməyə və müxalifətə keçməyə hazırdır. Lakin sabah sürprizlərin də olacağı istisna deyil. Paşinyan ötən həftə sonu “əksinqilabçı qüvvələrin yenidən fəallaşdığı haqda” məlumatlar aldığını bildirib və tərəfdarlarını ayıq-sayıq olmağa çağırıb.