Putin vəzifəsinin icrasına başladı - CANLI VİDEO

07 May, 2018 13:33 | Siyasət | Baxış sayı: 156
Vladimir Putin inaqurasiya zamanı
Vladimir Putin inaqurasiya zamanı

Mərasimə 5 minə yaxın qonaq dəvət olunub

Vladimir Putinin dördüncü dəfə prezident kimi Rusiya Federasiyasının Konstitusiyasına əl basaraq and içib.

O, andiçmə mərasiminə “Kortej” (“Aurus”) adlı yerli istehsal olan avtomobillə gedib.

Vladimir Putin zaldakı qonaqlarla salamlaşıb.

Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin prezident seçildiyini elan edib.

Andiçmədən sonra Rusiyanın Dövlət Himni səslənib.

12:58

Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb. Tədbir Kreml sarayının Andreyev zalında keçirilir.

V.Putinin dördüncü dəfə dövlət başçısı kimi ad içəcəyi mərasimə 5 minə yaxın qonaq dəvət olunub.

Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib.

Xatırladaq ki, mayın 6-da Dmitri Medvedevin başçılıq etdiyi hökumətin səlahiyyət müddəti başa çatıb. Nazirlər Kabinetinin üzvləri tutduqları vəzifədə səlahiyyətləri yeni hökumət formalaşanadək müvəqqəti icra edəcəklər.