İrəvanda indi də tələbələr qızışdı

07 May, 2018 12:50 | Siyasət | Baxış sayı: 102
İrəvandakı etiraz aksiyasından görüntü
İrəvandakı etiraz aksiyasından görüntü

Erməni gənclər imtahanlardan yaxa qurtarmaq istəyirlər

İrəvandakı dərəbəylik davam edir. İndi də ölkəni bürüyən etiraz aksiyalarına görə dərslərdə iştirak edə bilməyən ali məktəb tələbələri imtahanlardan yayınmaq istəyirlər. “Joxovurd” qəzeti yazır ki, onlar özlərini Sarkisyanı devirən həqiqi inqilabçı hesab edirlər və düşünürlər ki, bunun üçün tamamilə imtahanlardan azad edilməlidirlər.

Əgər bu tələblərinə rədd cavabı alarlarsa tələbələr mühazirə və seminarları pozmaqla hədələyirlər.

Qəzetin yazdığına görə, Nikol Paşinyan tələbələrə xüsusi müraciət etməlidir. Bununla o, tələbələrdən etiraza son verməyi, ağıllarını başalarına yığaraq dərslərə davam etməyi istəyə bilər.