Ermənilərin gözünü çıxaran rus

07 May, 2018 11:01 | Siyasət | Baxış sayı: 617
Mixail Leontyevin sözlərinə İrəvanda sərt reaksiya verdilər
Mixail Leontyevin sözlərinə İrəvanda sərt reaksiya verdilər

İrəvanı çalxalayan açıqlama

Tanınmış rus jurnalist, “Rosneft” şirkətinin mətbuat mərkəzinin rəhbəri Mixail Leontyev “Kosmolskaya Pravda” radiosunun efirində Ermənistanda baş verən hadisələr barədə həqiqəti söyləyib. Leontyev Moskvada hamının düşündüyü, amma nədənsə susduğu gerçəkləri söyləyib. Jurnalist birbaşa deyib ki, İrəvan hər şeyə görə borclu olduğu Rusiyanı satmağa hazırlaşır. Bu gerçəkdən də belədir, Moskvanın Ermənistanın çökməkdə olan iqtisadiyyatını dəstəkləmək üçün nə qədər vəsait xərclədiyini hamı bilir - pullar, ucuz qaz, bu Cənubi Qafqaz Respublikasının sərhədlərinin qorunması, silah və texnika - bütün bunlar Rusiyanın çiynindədəir. Yada salaq ki, Qaradağ münaqişəsinin əvvəlindən də Moskva hakimiyyəti İrəvanı dəstəkləyirdi.

Ancaq Leontyevə dönək. O, ermənilərə bildirib ki, çıxmaq istəyirsiniz, cəhənnəmə çıxın və bizim qardaş Azərbaycan xalqı ilə münasibətlərimizi korlamayın. Ermənistanda Rusiya jurnalistinin sözləri qınaq axınına səbəb oldu. Rusiya Erməniləri Birliyi də dərhal Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edərək erməni xalqını guya təhqir etmiş Leontyevin əleyhinə cinayət işi qaldırmağı tələb etdi. Ermənistanın Rusiyadakı səfiri də kənarda qalmadı, o da Rusiya jurnalistinin əleyhinə hücumlar etdi. Burda maraqlı bir məsələ də var. Bir neçə gün əvvəl politoloq Miqranyan elə həmin Rusiya Erməniləri Birliyinin iclasında çıxış edərəkən İrəvanda mitinq edən erməniləri zibil adlandırmışdı və bəyan etmişdi ki, erməni olduğuna görə xəcalət çəkir. Amma bu barədə prokurorluğa heç kim şikayət etmədi. Belə görünür ki, Miqranyan öz adamlarıdır, amma jurnalist rusiyalıdır. Mixail Leontyev operativ olaraq onların cavabını verdi: “Mənim cənab Paşiyana şəxsi nifrətim erməni xalqına nifrətim demək deyil. Etiraf edirəm ki, İrəvandakı ictimaiyyəti incitmək fikrim olub, amma hədəfim onu təhqir eləmək olmayıb. Dediklərim, əlbəttə ki, incidir. Amma incikliyi təhqir kimi təqdim etmək cəhdi isə zəifliyin təzahürüdür”.

Mixail Leontyev Ermənistanda baş verənlər baradə sərt danışan birinci rus jurnalisti deyil. Daha öncə Rusiyanın NTV kanalında keçirilən tok-şouda Ermənistanı gəzəyin xəyanətkar qadın kimi təqdim etmişdilər.