ABŞ ordusunu sərhəddə göndərir

07 Aprel, 2018 08:45 | Siyasət | Baxış sayı: 148
ABŞ Milli Qvardiyasının hərbçiləri
ABŞ Milli Qvardiyasının hərbçiləri

Milli Qvardiya təhlükəsizliyi təmin edəcək

ABŞ Milli Qvardiyasının hərbçilərinin ilk bölüyü Meksika ilə sərhədə göndərib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Pentaqon rəhbəri Ceyms Mettisin və Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nilse bu barədə birgə bəyanat yayaıb. 

"Milli Qvardiyanın qoşunları ABŞ-ın şimal-şərq sərhədi boyunca təhlükəsizlik missiyasını təmin etmək üçün sərhədə çəkilib".Bəyanatda qeyd edilir ki, Milli Qravdiya təhlükəsizlikdən məsul olacaq. 

Xatırladaq ki, prezident Donald Tramp daha öncə də sərhəddi qorumaq üçün əraziyə 2-4 min hərbçi göndərmək niyyətində olduğunu açıqlamışdı. Qvardiyanın hərbçiləri sərhəddə divar tikilənə kimi qalmalıdır. 

ABŞ-a Meksikadan qanunsuz yolla miqrantların axının qarşısını almaq Trampın seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biri idi.