Türkiyə dünyanı qorxudan silahını işə salır

07 Mart, 2020 11:22 | Siyasət | Baxış sayı: 688
S-400
S-400

S-400 apreldən aktivləşəcək

Türkiyə ABŞ-ın kəskin etirazına, təhdidlərinə baxmayaraq Rusiyadan aldığı S-400 sistemini aktivləşdirməyə hazırlaşır. Bu barədə anonsu prezident Rəcəb Tayyib Ərdoğan verib. 

Prezident dünyanın ən güclü müdafiə sistemlərindən biri ilə bağlı müzakirələrə son nöqtəni qoyub. "S-400 artıq bizim malımızdır. Tamamilə əlimizdədir. Apreldən etibarən aktiv hala gətiriləcək". 

Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə İdlib barəsində əldə edilən razılaşmadan sonra jurnalistlərin sualına cavabında belə deyib. 

"S-400 ilə bağlı təlimlər davam edir. Böyük bir qismini təhvil almışıq. Amma yenə deyim ki, əgər amerikalılar bizə "Patriot" versə onları da alarıq".