"Putin Ərdoğan görüşündə İlham Əliyev böyük rol oynadı"

07 Mart, 2020 13:48 | Siyasət | Baxış sayı: 369
3 lider
3 lider

Rusiyalı tanınmış ekspert belə düşünür

Bu həftə Moskvada Rusiya və Türkiyə prezidentləri arasında keçirilən görüş regiondakı bütün digər önəmli hadisələri kölgədə qoydu. Hətta dünya mətbuatının gündəminə çevrilən koronavirus da ikinci plana keçdi. Axı Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın danışıqlarının nəticəsindən ancaq iki derjavanın gələcəyi yox, həm də regionda və daha geniş müstəvidə stabillik də asılı idi. 

"İki lider danışıqlardan sonra Suriyanın İdlib şəhərində atəşkəs barədə raızlıq əldə etdi. Görüşdən gözləntilən çox yüksək idi". İstiPress-in məlumatına görə, bunu Rusiya siyasi araşdırmalar insititutunun direktor müavini, ekspert Darya Qrevtsova deyib. 

"Ehtimal edirəm ki, Putin ilə Ərdoğanın danışıqlarında Türkiyə liderinin Moskva səfərindən bir neçə gün öncə görüşdüyü Azərbaycan prezidenti İlham Əliyev yenə əhəmiyyətli rol oynayıb. Biz Azərbaycan prezidentinin Türkiyə ilə Rusiya arasındakı təyyarə insindentindən sonra oynadığı açar rolu yaxşı xatırlayırıq". 

Ekspertin fikrincə, İdlibdəki vəziyyət indi yüksək səviyyədə olan, elə də asan başa gəlməyən Moskva ilə Ankara münasibətlərinin qurban verilməsi gərəkən vəziyyət deyil.