Azərbaycan koronavirusa görə İrana 5 milyon ayırdı

07 Mart, 2020 13:06 | Siyasət | Baxış sayı: 194
Koronavirus
Koronavirus

Maliyyə yardımı humanitar əsaslarla veriləcək

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib. Bu barədə məlumat Nazirlər Kabinetindən verilib. 

Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub.

"Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir".