Paşinyan Təbrizdən Qarabağa hücum planlaşdırır

07 Mart, 2019 18:11 | Siyasət | Baxış sayı: 1144
İran ordusu - Qərb onu içəridən dağıtmaq istəyir
İran ordusu - Qərb onu içəridən dağıtmaq istəyir

Ermənistan baş naziri Qərbin İranı dağıtmaq planına işləyir

Bir çox şərhçilər Ermənistan baş naziri Nikol Paşiyanın İranda erməni icması ilə görüş zamanı çəkdiyi «Qarabağ» selfisinin çox gedişli oyun olduğunu vurğulayırlar.

İstiPress-in məlumatına görə, rusiyalı politoloq Mixail Belyayev “Vestnik Kavkaza” portalında həmin selfinin təxribat xarakteri daşıdığını bildirib.

Belyayevin bildirdiyinə görə, Xocalı soyqırımının ildönümü qeyd edilən bir gündə  Paşinyanın bu addımı ilk növbədə daxili bazarda, yəni erməni toplumu arasında ucuz reytinq əldə etməyə xidmət edir. Bu addım həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina kimi də dəyərləndirilə bilər. Yəni Paşinyan onu Azərbaycana işləməkdə və 5 rayonu qaytarmaq üçün danışıqları davam etdirməkdə günahlandıran erməni millətçiləri önündə bir növ özünə bəraət qazandırmağa çalışır.

Paşinyanın Tehranda ermənilərlə görüşü
Paşinyanın Tehranda ermənilərlə görüşü

Selfidə ermənicə “Qarabağ erməni torpağıdır” sözləri  yazılmış plakat və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış seperatçı rejimin “bayrağı” təsvir edilib. Məqaləsini “Paşinyan Qarabağ münaqişəsini İran ərazisinə keçirir” başlığı qoymuş Belyayev bildirir ki, bu, Rəsmi Bakı ilə yanaşı, İran ərazisində yaşayan azərbaycanlılar arasında ciddi narazılığa səbəb olub, Təbrizdə və Cənubi Azərbaycanın başqa bir neçə şəhərində Tehranın erməni liderin hərəkətlərin göz yummasına qarşı etiraz aksiyaları keçirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Təbriz stadionunda məsələyə etiraz edən 3 azərbaycanlı fəal polisə tabe olmadıqdan sonra həbs edilib. Məsələ o qədər böyüdü ki, İran Xarici İşlər Nazirliyi və İranın Bakıdakı səfirliyi məsələ ilə bağlı xüsusi açıqlama yayıb Paşinyanın bu addımını özbaşınalıq adlandırdılar.

Təbii ki, Paşinyan bu cür addımların diplomatik əxlaqa sığmadığını özü də gözəl anlayır. Hər halda, bir tərəfdən Madrid prinsipləri çərçivəsində Azərbaycan prezidenti ilə görüşə razılıq verir, digər tərəfdan bu cür bəyanatlarla münaqişəyə İran azərbaycanlılarını və ermənilərini də cəlb edir.

Erməni KİV-lərini izlədikdə Paşinyanın bu addımları bilərəkdən və böyük ehtimalla Qərbin sifarişi ilə atdığını anlamaq olar. Özü də Qərblə bu anlaşmada Paşinyanla yanaşı Ermənistanın sabiq rəhbəri Serj Sarkisyan da var. Məsələ bundadır ki, Rusiya hakimiyyəti hələ də şübhələrini gizlətmir ki, 2018-ci ilin aprel inqilabı zamanı Ermənistanın o zamankı rəhbərliyinin əvvəlcədən planlaşdırdığı ssenari həyata keçirilib və burada ölkənin əvvəlki hakimiyyəti rol oynayıb. Ermənistanda dərc edilən “Hraparak” qəzeti bununla bağlı yazır: “Əvvəlki hakimiyyət təxminən bir ildir rusiyalı tərəfdaşlarını inandırmağa çalışırlar ki, onların heç bir günahı yoxdur və hakimiyyətə gəlişi prosesində Paşinyana heç cür kömək etməyiblər. Bu günlərdə erməni xadimlərdən biri bizə nəql edib ki, Putin şəxsən onun yanında Serj Sarkisyandan şikayətlənib. Rusiya prezidenti deyib: neçə il dostluq etmişik, amma istefaya gedənə qədər mənə heç bir xəbərdarlıq etmədi, məlumat vermədi, elementar etikaya görə, Sarkisyan əvvəlcə mənə zəng etməli, yalnız daha sonra istefası barədə bəyanat verməli idi”.

Serj Sarkisyanın Nikol Paşinyanı nümayişkəranə tərk etdiyi görüş
Serj Sarkisyanın Nikol Paşinyanı nümayişkəranə tərk etdiyi görüş

Göründüyü kimi, ciddi erməni siyasətçiləri Sarkisyan və Paşinyanın eyni oyunu oynadıqlarını düşünürlər. Böyük ehtimalla, bu oyun Qərbdə – 2017-ci ildə Paşiyanın tez-tez səfər etdiyi Almaniyada planlaşdırılıb. Erməni şərhçilərin dediklərindən belə çıxır ki, məqsədləri Qarabağda vəziyəti gərginləşdirmək və bu gərginliyi  İranın azərbaycanlıları yaşayan ostanlarına da ötürməkdir. Son məqsədləri isə Rusiyanı oyundan kənarda qoyaraq Ermənistandan bir dəfəlik çıxmağa məcbur etməkdir. Bu oyunda Qarabağ üzərində nəzarəti itirməyə də hazırdırlar. Təsadüfi deyil ki. Ermənistan Mərkəziğ Bankının keçmiş rəhbəri Baqrat Asatryan da “Vestnik Kavkaza” portalına verdiyi müsahibəsində Qarabağ münaqişəsini Ermənistanın inkişaf üçün ən böyük sayıb.