Əliyev ağ faciəyə görə Ərdoğana başsağlığı verdi

07 Fevral, 2020 08:30 | Siyasət | Baxış sayı: 29
Qar uçqunu
Qar uçqunu

"Çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi"

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə baş verən qar uçqunu ilə bağlı həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Əziz Qardaşım, Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Xatırladaq ki, ilk qar uçqunu fevralın 4-də baş verib. Jandarama və xilasedicilər qarın altında qalan mikroavtobusdan 5 nəfərin meyitini çıxardıblar, daha 6 nəfər isə xilas edilib. İtkin hesab edilən 2 nəfərin axtarışı davam edərkən ikinci uçqun baş verib. Nəticədə ərazidə axtarış işləri aparan hərbçilər, kənd sakinləri özləri qar kütləsinin altında qalıb. Ən son məlumata görə, 41 nəfər həyatını itirib.