Lapşin Bakıdadır VİDEO FOTOLAR

07 Fevral, 2017 23:04 | Siyasət | Baxış sayı: 768

Onu gətirən təyyarə eniş edib

Rusiya və İsrail vətəndaşlığı olan bloger Aleksandr Lapşin Bakıya çatıb. Onu Heydər Əliyev adına beynəlxalq hava limanında təhlükəsizlik qüvvələrinin nümayəndələri müşayiət edib. İstiPress xəbər verir ki, Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Lapşinin ölkəmizə təhvil verilməsi haqda qərar dərhal qüvvəyə minib Kremlin, rəsmi İrəvanın və İsrail hakimiyyətinin açıq himayəsi altında olan bloger Azərbaycanın və Belarus iqtidarının qətiyyəti sayəsində Azərbaycana ekstradisiya olunub.   
İstiPress xəbər verir ki,  Musavat.com-un müxbiri onun Azərbaycanda ilk təmas qurduğu jurnalistlərdən biri olub. Müxbir Azərbaycan respublikasının qanunlarını pozaraq, cinayət əməli törətmiş və separatçı ermənilər üçün təbliğat xarakterli fəaliyyət aparmış Lapşinin Bakıdakı suçlu statusunda ilk fotolarını çəkməyə nail olub. 

Qeyd edək ki, ikili vətəndaşlığı (İsrail və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. O, təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılırdı. Belarus Ali Məhkəməsi bu gün blogerin Azərbaycana ekstradisiyasına dair qərarından verdiyi şikayəti təmin etməyib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.