Belarus Lapşini Azərbaycana verdi - EKSKLÜZİV, YENİLƏNİB

07 Fevral, 2017 14:06 | Siyasət | Baxış sayı: 705
Lapşinin anası Bakıya gəlir
Lapşinin anası Bakıya gəlir

Belarus Ali Məhkəməsi Lapşinin Azərbaycana esktradisiya edilməsi barədə qərar çıxarıb. Bu barədə İstiPress-ə Belarus Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Yuliya Lyaskova məlumat verib.

Lapşin haqqında qərar verildi
Lapşin haqqında qərar verildi

Saat 12:58

Bu gün Belarus Ali məhkəməsində Rusiya və İsrail vətəndaşlığı olan bloger Aleksandr Lapşinin Bakıya ekstradiyasına dair qərara baxılıb. Belarus Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Yuliya Lyaskova İstiPress-ə bildirib ki, məhkəmə səhər saat 10-da başlayıb və cəmi yarım saat çəkib. Lapşin özü məhkəmədə iştirak etməyib. İndi məhkəmə zalına jurnalistlərin buraxılmasına başlanıb. Y.Lyaskova onu da deyib ki, qərar yaxın vaxtarda elan ediləcək.

Qanunveriliciyi pozan A.Lapşin Azərbaycanın sorğusu əsasında ötən ilin dekabr ayında Minskdə saxlanılıb. Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib.

Belarus prokurorluğu Lapşinn Azərbaycana ekstradisiya edilməsi barədə qərar verib. Bloger bu qərardan şikayət edib. Minsk Şəhər məhkəməsi yanvarın 26-da Lapşinin şikayətini təmin etməmiş və prokurorluğun qərarını qüvvədə saxlayıb. 

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi.