Tramp və Kimin görüşə biləcəyi şəhərin adı açıqlandı

07 Yanvar, 2019 11:11 | Siyasət | Baxış sayı: 20
ABŞ və KXDR lideri
ABŞ və KXDR lideri

ABŞ və Şimali Koreay lideri yanvar-fevralda görüşmək niyyətindədirlər

ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp ilə Kim Çen In ikinci görüşlərini Vyetnamın paytaxtı Hanoyda keçirə bilərlər. İstiPress-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentlik Şimali Koreya mətbuatına istinadla məlumat verib. 

Yerli mətbuat isə daha öncə iki ölkə nümayəndələri arasında bu şəhərdə görüş keçirildiyini qeyd edib. Burada məhz liderlərin sammiti barədə müzakirələr aparılıb.  

Vaşinqton KXDR ilə ABŞ-ın dövlət başçıları arasındakı görüş üçün  İndoneziya, Monqolustan, Havay, eləcə də iki Koreya arasındakı Pxanmudcon sərhəd məntəqəsini də potensial yerlər hesab edir.  

Xatırladaq ki, ötən gün Tramp ABŞ rəsmilərinin KXDR lideri ilə görüş üçün danışıqlar apardıqlarını bildirmişdi. Bu gürüşün isə yanvar və ya fevral aylarında baş tutması planlaşdırlır. 

Dünyanın ən qapalı ölkəsinin lideri ilə ilk görüş ötən il - iyunun 12-də olmuşdu.