Azərbaycanda general dünyasını dəyişdi

07 Yanvar, 2019 14:34 | Siyasət | Baxış sayı: 284
Zahir Əlizadə - ədliyyə generalı
Zahir Əlizadə - ədliyyə generalı

Mərhumla vida mərasimi bu gün Təzəpir məscidinin Vida zalında keçirilir

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün dünyasını dəyişib.

IstiPress-in məlumatına görə, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçirilir. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər  ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mərhum “İcra hüququ” kitabının müəllifidir.

Allah rəhmət eləsin!