SSRİ-dən ABŞ-a qaçan KQB mayoru öldü

06 Dekabr, 2019 14:00 | Siyasət | Baxış sayı: 86
Viktor Şeymov
Viktor Şeymov

Onu amerikalılar 39 il öncə Moskvadan çıxarmışdı

Amerika xüsusi təhlükəsizlik orqanlarının köməyi ilə SSRİ-dən ABŞ-a qaçan KQB-nin (Dövlət Təhlükəsizlik Komitəsinin) keçmiş mayoru ölüb. Viktor Şeymov 73 yaşında vəfat edib. 

Qaçışa kimi Şeymov KQB-nin 8-ci baş idarəsində çalışıb. Bu idarə rabitə və texniki təhlükəszilik məsələlərindən cavabdeh idi. 1980-ci ildə o həyat yoldaşı və qızı ilə birlikdə Moskvadan çıxarəlıb. 

Qalan bütün ömrünü keçmiş mayor Amerikada keçirib. Şeymovun ölümünə səbəb ciyərindəki problemlər olub.