Sarkisyan nə zaman tutulacaq?

06 Dekabr, 2019 10:42 | Siyasət | Baxış sayı: 63
Ermənistanda Serj Sarkisyana qarşı aksiya
Ermənistanda Serj Sarkisyana qarşı aksiya

Paşinyana sərf edən vəziyyət

Ermənistanda çoxlarına bir məsələ rahatlıq vermir – nə üçün keçmiş prezident Serj Sarkisyan hələ də azadlıqdadır? Mümkün səbəb odur ki, o könüllü şəkildə öz postundan gedib. Ancaq bəzi erməni ekspertlər düşünürlər ki, İrəvandakı aprel çevrilişi çox yaxşı qurulan tamaşa idi.

Əlbətdə ki, Sarkisyan ancaq hərbi cinayətkar deyil. Onun Qarabağdakı qanlı əməlləri hər kəsə məlumdur. Yaxın qohumları, qardaşları kimi o həm də erməni xalqından külli miqdarda pulları oğurlayan oğrudur. Məhz bunu indi xüsusi istintaq komitəsi araşdırır.

Sarkisyanın partiyası dərhal qızışıb, hökuməti siyasi təqiblərdə ittiham edib. Baş nazir Nikol Paşinyan da artıq bu məsələ ilə bağlı çıxış edib. O, qeyd edib ki, istintaq dəqiqliklə araşdıracaq.

Baş verənlər isə baş nazirə sərf edir. İlk növbədə ona görə ki, mübahisələr,  diskusiyalar başlayacaq və çoxlarının fikri çörək, iş haqqında düşünməkdən yayınacaq. Ən əsasə odur ki, xalq bir müddət Paşinyanın iqtisadi, siyasi sahədəki uğursuzqlarını unudacaq.

Təsadüfi deyil ki, bu küçə demokratının reytindi aşağı düşüb. Bunun üçün də bu gün Ermənistanda baş verənlər Paşinyana çox sərf edir.