Minlərlə ağac yolları bəzədi

06 Dekabr, 2019 17:33 | Siyasət | Baxış sayı: 191

Quba və Qusarda möhtəşəm kampaniya

Ölkənin şimal bölgəsində də İmaməddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə eyni sayda ağac əkilməsi barədə Birinci  Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə əhali və qurumlar  mütəşəkkilliklə qoşulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qusar İH başçısının birinci müavini Şahid Fərəməzovun məlumatına görə, bu gün "Qusar-Şahdağ və Qusar-Xudat yollarının kənarında 6000 ədəd ağac əkilib.

Həmin ağaclardan 2000 ədədi həmişəyaşıl, 4000 ədədi isə yerli iqlimə uyğun olan gövrüc və ağcaqayın ağaclarıdır. Kampaniyada müxtəlif idarə və təşkilatların, icra və hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı,sadə insanlar da iştirak edib.

Bu gün Qubada da Mehriban Əliyevanın böyük İmaməddinin yubuleyi şərəfinə irəli sürdüyü ağacəkmə kampaniyasında  böyük həvəslə iştirak ediblər. Quba İH başçısının müavini Səidə Abasova açıqlama verib ki, bu gün 10 minə yaxın insan əlinə bel-kürək alaraq təbiətə böyük töhfə olaraq  ağac əkməyə davam ediblər. İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri və əməkdaşları, müxtəlif idarə təmsilçiləri, rayon sakinləri, bir sözlə, hər təbəqədən olan insanlar kampaniya çərçivəsində 5700 ədəd müxtəlif növ ağac əkiblər.

Qubada ağacəkmə kampaniyası şəhərdəki olimpiya idman kompleksinin ətrafında, Bakı-Quba yolunun rayonun 1-ci Nügədi və Paşaoba kəndləri ərazilərində aparılıb.