Paşinyanın gizli telefon danışığı yayıldı VİDEO

06 Dekabr, 2018 09:22 | Siyasət | Baxış sayı: 89
Nikol Paşinyan və Artur Vanetsyan
Nikol Paşinyan və Artur Vanetsyan

Onun Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilə kimdən danışıb?

Ermənistanda növbəti dəfə iki dövlət məmurunun qalmaqallı səs yazısı yayılıb. Bu dəfə yayılan gizli söhbətin iştirakçıları Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyandır.

İki dövlət rəsmisinin söhbətinin mövzusu isə KTMT-nin baş katibi olmuş Yurix Xaçaturov və keçmiş prezident Robert Koçaryan haqqındadır.

Vanetsyan Xaçaturovun avtoritetini NATO baş katibi ilə müqayisə edir və Paşinyana deyir ki, onun həbsi İrəvanın başını ağrıdacaq, Moskva ilə problemlər yaradacaq.  Vanetsyan Paşinyana bildirib ki, “bu gün Koçaryanı həbs edəcəyik”, baş nazir isə cavabında “yaxşı” deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın gizli səs yazısı yayılmışdı. Həmin səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nın fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Onlar həmçinin Paşinyanın məhkəmin işinə müdaxiləsindən, təzyiqlərdən də söhbət ediblər.