Paşinyan Rusiyadan Qarabağa qoşun yeritməsini tələb edir

06 Dekabr, 2018 18:21 | Siyasət | Baxış sayı: 742
Azərbaycan artilerriyası döyüş bölgəsinə yola düşür - ARXİV
Azərbaycan artilerriyası döyüş bölgəsinə yola düşür - ARXİV

Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək üçün müharibə hüququ əldə etməsinə az qalıb

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkiləri böyük ehtimalla son nəticədə Azərbaycanın Qarabağı hərb yolu ilə geri qaytarmasına hüquq əldə etməsi ilə nəticələnəcək.

İstiPress-in məlumatına görə, seçki kampaniyasında yetərincə güclü olan Nikol Paşiyan blokunun qələbədən sonra atacağı dekstruktiv addımlar danışıqlar prosesini dayandıracaq və işğal edilmiş ərazilərin yenidən Azərbaycanın nəzarətinə qaytarılması üçün müharibədən başqa yol qalmayacaq.

Fakt budur ki, Paşinyan Moskva və onun rəhbərlik etdiyi KTMT hərbi bloku üzərinə çox gedərək, Rusiyanın Abxaziyada və Cənubi Osetiyada etdiyi kimi Azərbaycanın işğal edilmiş ərazilərinə də müdaxilə etməyi tələb edir. Məsələn, “news.am” portalının yazdığına görə, Sankt-Peterburqda bu gün erməni icmasının təmsilçiləri ilə görüşən Nikol Paşiyan fikrini gizlətməyib: 

“Əminəm ki, KTMT Azərbaycanın Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək həvəsinin qarşısını kəsəğ bilər. Sual yaranır: KTMT bu alətdən istifadə etməyə hazırlaşırmı? Bizdən ötrü bu, strateji məsələdir”,- deyə Paşinyan bildirib.

Nikol Paşinyan Sankt-Peterburqda erməni icmasının qarşısında çıxış edir
Nikol Paşinyan Sankt-Peterburqda erməni icmasının qarşısında çıxış edir

Diplomatiya dilində bu, o deməkdir ki, Paşinyan Rusiyadan açıq şəkildə Qarabağa öz qoşunlarını yeridib Azərbaycan ordusunun qarşısını kəsməsini tələb edir. Yəni onun fikrincə, indiyə kimi Qarabağı işğal altında saxlamaqda Ermənistana gizli dəstək verən Rusiya açıq oyuna girib Azərbaycanın düşməninə çevrilməlidir.

Təbii ki, qərbin sanksiyaları qarşısında təklənmiş Rusiya Azərbaycanı düşməni kimi yox, müttəfiqi kimi görmək istəyəcək və Paşinyanın bu ərköyünlüyünü qulaq ardına vuracaq. Paşinyanın bundan sonrakı addımı da güman ediləndir - Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edəcək. Paşinyan tərəfdarları Rusiya qoşununu Gürcüstan ərazisindən çıxarmış Salome Zurabişvilini gerçək bir qəhrəman sayırlar və Ermənistanda bu addımı özlərinin atmasını istəyirlər.

Müxalif tərəf, yəni keçmiş iqtidar Respublika Partiyasının təmsilçiləri isə bunu Qarabağ məsələsi baxımından Ermənistan üçün çox təhlükəli sayırlar. Partiyanın sədr müavini Armen Aşotyan bildirib ki, Nikol Paşinyan belə addımlarlda Ermənistan-Rusiya münasibətlərini şəkildə pozur. Halbuki, Ermənistan Dağlıq Qarabağ məsələsini təkbaşına həll etmək iqtidarında deyil. Yəni Aşotyan vurğulayır ki, Ermənistan bu addımı atarsa, Qarabağ məsələsində Rusiyanın dəstəyini itirəcək və Ermənistan qat-qat zəif olduğu Azərbaycanla müharibədə tək qalacaq.          

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Onun fikirncə, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində vəziyyətə nəzarət edə bilmir və münaqişənin həllinə dair dəqiq mövqeyə malik deyil. Aşotyan əmindir ki, Paşinyan danışıqlar prosesinə zərbə vurur.

Erməni siyasətçi bu məsələdə haqlıdır. O, seçki kampaniyası ərəfəsində dəfələrlə təkrarlayıb ki, Qarabağdakı işğal recimi müstəqil subyekt kimi qoşulmalıdır. Yəqin ki, baş nazir seçiləndən sonra o, bu tələbini qətiləşdirəəck və bununla da Ermənistan Minsk qrupu çərçivəsində danışıqlar prosesini tərk etmiş olacaq. Nəticədə, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququ qazanacaq.