"Paşinyan acları doydurmalıdır"
Ermənistanda seçki öncəsi kampaniya qalmaqallarla yadda qalır. Ölkədə "məxməri" adlandırılan inqilab parlament seçkisi ilə yekunlaşmayacaq. “168 Jam” qəzeti rusiyalı analitik Qriqori Trofimçuk belə hesab etdiyini yaxıb.
“Ermənistanda çox partiyalı vəziyyət get-gedə çətinləşir. Lakin Paşinyanın artan rəqibləri ilk ciddi böhranı gözləyirlər - etibar böhranı". Rusiyalı ekspertin fikrincə, bax onda yeni rejimə qarşı əsl inqilab olacaq.
Onun sözlərinə görə, seçkidən sonra cəmiyyətin gözləntilərini hansısa rüşvətxora yönəltmək çox çətin olacaq. "Heç bir nəticənin olmayacağı bu gündən aydındır. Post sovet məkanında belə nümunələr çoxdur. Bunun üçün də bu gün demək olar ki, inqilab parlament seçkisi ilə bitməyəcək. O hələ davamlı olacaq. Paşinyan iqtisadiyyatda çox şeyi dəyişməlidir - qiymətlərə, tariflərə yenidən baxmalı, kobud desək insanları doyurmalıdır. Seçki qutularında isə heç nə yoxdur – nə pul, nə qida, nə də ucuz benzin”.
Başqa bir erməni qəzeti “Qaraparaq” isə yazır ki, Rusiya gələcək parlamentdə qərbyönümlü qüvvələrin dominant olmasından çox narahatdır. Bu gün artıq bir sıra siyasi partiyalar Avrasiya Şurasından çıxmağı, ancaq KTMNT-də qalmağı tələb edirlər. Axı hələ Qarabağ məsələsi həllini tapmayıb. Ermənistanda isə çoxları ümidlərini bu hərbi təşkilata bağlayırlar.
Erməni mətbuatı həmçinin yazır ki, bu gün Rusiya Paşinyanın təhlükəsizlik xidmətinin rəhbəri ilə internetdə yayılan telefon danışığını müzakirə edir. Baş nazir vəzifələrini icra edən şəxs özü hesab edir ki, bu dinləmədə heç bir təəccüblü hadisə yoxdur. Rusiya və hətta Ermənistan xüsusi xidmət orqanları isə onunla razı deyilər...
Yeni baş naziri güzəştə çağıran qüvvələr baş qaldırır
O, yeni rus silahını Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə edib
Türkiyə mediasının yaydığı xəbərlərə reaksiya
43 yaşlı qadın avtomobilin altında qalıb və yerindəcə keçinib
İrəvanın aylardır hazırlaşdığı görüş ləğv edildi