Erməni hayasızlığı Moskvanı şoka saldı

06 Dekabr, 2018 10:40 | Siyasət | Baxış sayı: 153
Mariya Zaxarova
Mariya Zaxarova

Paşinyanın mətbuat xidməti Putinin köməkçisini yalançı çıxarmaq istədi

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyanın bəyanatı Moskvada heyrətlə qarşılanıb. Eqoyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (TKMT) sammitinin təxirə salınması ilə bağlı xahiş etmədiyi deyib. Bununla da o, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun dediklərini təkzib edib. 

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşianyanın mətbuat xidmətinin bəyanatının narahatlıq doğurduğunu bildirib. 

"Rusiya prezidentinin köməkçisi Uşakovun dediklərinin təsdiqə ehtiyacı yoxdur. Amma Paşinyanın mətbuat xidmətinin bəyanatı həm forma, həm də məzmun baxımından narahatlıq doğurur". 

Xatırladaq ki, bir neçə gün öncə Vladimir Putinlə telefon danışığı olan Paşinyan KTMT-nin dekabrın 6-da Sankt Peterburqda keçiriməsi nəzərdə tutulan sammitinin təxirə salındığını açıqlamışdı. O, bunu Rusiya tərəfinin xahiş etdiyini, özünün isə razılşadığını bildirmişdi.

Lakin Vladimir Putinin köməkçisi Y.Uşakov sammitin vaxtının məhz erməni tərəfinin xahişi ilə dəyişdiyini açıqlayıb. Buna əsas kimi isə ayın 9-da keçiriləcək parlament seçkisi göstərilirdi.