Azərbaycanlı və erməni nazir 3 saat nədən danışdı?

06 Dekabr, 2018 08:40 | Siyasət | Baxış sayı: 250
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir

XİN başçısından Qarabağ açıqlaması: "Mühüm danışıqlar oldu"

Azərbaycan və Ermənistan arasında xarici işlər nazirlərinin növbəti görüşü gələn ilin yanvar ayında keçiriləcək. İstiPress-in məlumatına görə, bu barədə razılıq ötən gün  İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı əldə edilib. 

Bunu Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir Milan görüşünün 3 saata yaxın davam etdiyini bildirib. Onun sözlərinə görə,  görüş tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. " Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".