Yeni müharibə ocağı - Dünya alovun içinə atılır

06 Dekabr, 2017 14:15 | Siyasət | Baxış sayı: 461
Avropada müharibənin proqnozu
Avropada müharibənin proqnozu

Dünyanı qarşıdurma, böhran, xaosa və toqquşmalar bürüyəcək

ABŞ-ın Qüdslə bağlı qərarı dünyanı təşvişə salıb. Türkiyə prezidentinin köməkçisi və hökumətin sözçüsü Bəkir Bozdağ "Twitter" ünvanından "Qüds müsəlmanların ilk qibləsidir, ortaq davasıdır" deyib. 

O, sosial şəbəkədəki səhifəsindən verdiyi açıqlamada müsəlmanların Məkkə və Mədinədən sonra ən çox önəm verdikləri şəhərin aqibətindən narahat olduğunu gizlətməyib.

"Qüds müsəlmanların ziyarət etdiyi 3 məsciddən biri - Məscidül-Əqsa yerləşdiyi şəhərdir. O, müsəlmanların qüruru, şərəfi, qırmızı cizgisidir. Qüds Yaxın Şərq və dünyada sülühün açarıdır. 

Bu şəhərin paytaxt elan edilməsi bölgədə böyük qarşıdurmalar, böhran, xaosa və toqquşmalara yol açacaq. Qısası bu hər kəs üçün böyük fəlakət, tarixin inkarı, ağılsızlıq, dəlilik, dünyanı nə zaman sönəcəyi bəlli olmayan atəşin içinə atmaqdır". 

Ərdoğanın müşaviri hər kəsi məsuliyyətli davranmağa, imza atdıqları anlaşmalara sadiq qalmağa çağırıb. Bozdağ müsəlmanları, islam dünyasını öz izzətinə sahib çıxmağa çağırıb. 

Məscidül-Əqsa
Məscidül-Əqsa