Savaşa səbəb ola bilən qərar

06 Dekabr, 2017 08:48 | Siyasət | Baxış sayı: 203
Donald Tramp
Donald Tramp

Tramp bu gün Qüds qərarını elan edəcək

ABŞ prezidenti Donald Tramp bu gün Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. İstiPress-in məlumatına görə, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.  “Prezident dekabrın 6-da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”. Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Qüdsə köçürüləcəyini bəyan edəcək.

Nümayəndə deyib ki, D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib, Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə məşğul olan xarici ölkə liderlərindən dəstək alıb. 

Ağ evdən verilən məlumata görə, Qüdslə bağlı qərar ABŞ-ın İsrail sərhədləri ilə bağlı siyasətini dəyişmir.

D.Trampın bu barədə bəyanatını Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi gözlənilir. 

ABŞ prezidentinin Qüdsə bağlı planı ötən gün bəlli olub. İsrail bu addımı ədalətli və tarixi qərar adlandırıb. Lakin bir çox ərəb ölkəsi lideri tərəfindən Trampın bu addımı sərt reaksiyalara səbəb olub. Avropa İttifaqı bunun Yaxın Şərq probleminə ciddi zərbə vura biləcəyi barədə xəbərdarlıq edib.