Saakaşvilini yenə satmadılar FOTO

06 Dekabr, 2017 13:30 | Siyasət | Baxış sayı: 250
Ukrayna - Maydan
Ukrayna - Maydan

Maydana gələn polislə toqquşma olub

Ukraynada keçmiş Gürcüstan prezidenti, Odessa qubernatoru olan Mixail Saakaşvilinin saxlanması, tərəfdarlarının onu polisin əlindən alınmasından sonra vəziyyət yenidən gərginləşib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, güc sturukturu əməkdaşları ilə onun tərəfdarları arasında baş verən toqquşmada 13 mülki şəxs, dörd polis  yaralanıb. 

Polis heç kimi saxlanmayıb, insidentlə bağlı cinayət işi də açılmayıb. 

Bu gün səhər polis Saakaşvilini tapmaq üçün mərkəzdə qurulan çadır şəhərciyinə gedib. Ancaq tərəfdarları bir daha onun saxlanmasına imkan verməyiblər. Bu zaman insident baş verib. Polis gözyaşardıcı qazdan istifadə etməli olub. 

Xatırladaq ki, ötən gün təhlükəsizlik qüvvələri Kiyevdə Mixail Saakaşvilinin evinə basqın edib, orada axtarış aparıblar. Onlar keçmiş prezidenti saxlayıblar. Ukrayna KİV-ləri xəbər verir ki, Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Saakaşvilini həbs etdikdən sonra onun tərəfdarları siyasətçinin aparıldığı avtobusu mühasirəyə alıblar. Bir neçə saatlıq mühasirədən sonra Saakaşvilinin tərəfdarları avtobusun pəncərələrini sındırıblar, onlara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Buna baxmayaraq izdiham avtobusun qapısını sındıraraq Saakaşvilini çıxarıb. 

Kiyev - Maydan
Kiyev - Maydan