Rusiyadan Qarabağda vəziyyəti gərginləşdirən addım

06 Dekabr, 2017 11:33 | Siyasət | Baxış sayı: 935
Rusiya tankları
Rusiya tankları

100 milyonluq silah razılaşması təsdiqləndi

Ermənistan parlamenti Rusiyadan silah alaış-verişi üçün ayrılan növbəti 100 milyon dollarlıq krediti ratifikasiya etdi. İstiPress-in məlumatına görə, silah satışı barədə razılıq oktyabr ayında - Ermənistan və Azərbayсan prezidentlərinin Сenevrə görüşü önсəsi əldə edilib. Sənədin leyhinə 92 deputat səs verib. 

Rusiya öz istehsalı olan silah-sursatı əldə etmək üçün Emənistana 100 milyon dollarlıq kredit ayırıb. Kredit 15 il müddətinə (2023-2037) verilib.

İllik faiz dərəcəsi isə 4 faizdir. Ermənistan kredit vəsaitindən 2018–2022-ci illərdə istifadə edə bilər. 

Bənzər müqavilələrdən biri də ötən il bağlanılıb. Ermənistan – Azərbaycan təmas xəttində aprel ayında baş verən döyüş toqquşmalarından sonra İrəvan hökuməti Moskvadan silah alışı prosesini sürətləndirmək üçün hərbi kredit sazişinin həyata keçirilməsini tələsik təsdiqləyib. Təsdiqlənən kredit müqaviləsinin dəyəri 200 milyon dollardır. 

Rusiya bu yolla yetərinсə güzəştli şərtlərlə Ermənistan ordusunu da silahlandırır. Azərbayсana dünya bazarı qiymətinə satılan silahlar, Ermənistana daxili bazar qiymətlərinə güzəştli kreditlə (illik 3%-lə, 15 ilə) verilir.