Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06 Dekabr, 2017 18:35 | Siyasət | Baxış sayı: 1596
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Mikayıl Cabbarov Vergilər Nazirliyinin kollektivinə təqdim olunub

Bu gün yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.

İstiPress-in məlumatına görə, onu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. "Virtualaz.org"  saytı xəbər verib ki, Ramiz Mehdiyev keçmiş vergilər naziri Fazil Məmmədovun fəaliyyətini tənqid edib.

Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən vergilər naziri Fazil Məmmədovu vəzifəsindən azad edib və onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib.

Mikayıl Cabbarov - yeni vergilər naziri
Mikayıl Cabbarov - yeni vergilər naziri