Prezidentin Qubaya səfəri gözlənilir

06 Dekabr, 2017 19:51 | Siyasət | Baxış sayı: 275
Quba şəhəri, Cümə məscidi
Quba şəhəri, Cümə məscidi

Azərbaycanın şimalında yerləşən iri rayonlardan olan Qubaya prezident İlham Əliyevin səfəri gözlənilir.

Rayon icra hakimiyyətindən İstiPress-in şimal bürosuna verilən məlumata görə, ölkə başçısı Qubada Azərxalça ASC-nin Quba filialının, Asan Həyat kompleksinin, Bayraq muzeyinin və 31,5 km uzunluğu olan Rustov-Xanəgah yolunun açılışında iştirak edəcək.

Artıq hazırlıq işləri tam başa çatıb.