Fazil Məmmədov xəstəliyindən danışdı

06 Dekabr, 2017 16:55 | Siyasət | Baxış sayı: 490
Fazil Məmmədov
Fazil Məmmədov

Dünən prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan vergilər naziri Fazil Məmmədov danışıb.

İstiPress-in məlumatına görə, eks-nazir “Bizimyol.info” saytına açıqlamasında səhhəti ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.