Azərbaycan və Ermənistan üz-üzə

06 Dekabr, 2017 09:44 | Siyasət | Baxış sayı: 183
Məmmədyarov Nalbandyan görüşü.Arxiv
Məmmədyarov Nalbandyan görüşü.Arxiv

Nazirlər Vyanada görüşəcək

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü olacaq. İstiPress-in məlumatına görə, Elmar Məmmədyarov ilə Edvard Nalbandyan arasında görüş Vyanada baş tutacaq. 

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirakı nəzərdə tutulub. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi olacaq. 

Qeyd edək ki, Vyanada ATƏT-in xarici işlər nazirləri toplantısı keçirilir. Toplantı dekabrın 8-dək davam edəcək.