Azərbaycan Şərqin ən böyük müharibəsinin astanasında

06 Dekabr, 2017 19:25 | Siyasət | Baxış sayı: 1391
İsrailin döyüş tankları
İsrailin döyüş tankları

Bardaqdakı suyu daşırdan son damla

Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması çox riskli addımdır və Yaxın Şərqdə böyük müharibələrə səbəb ola bilər.

İstiPress-ə bu barədə müsahibəsində Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu, bəlkə də Donald Trampın indiyə kimi verdiyi ən təhlükəli qərardır: “Mən indiyə kimi Trampdan elə də ağıllı qərarlar görməmişəm, amma bu, onun ən azğın qərarıdır.  Bu, müsəlman dünyasına tüpürmək deməkdir. Bu, Yaxın Şərqi qan çanağına çevirə bilər. Bu, Anadolu türkləri demişkən, bardaqdakı suyu daşırdan son damla ola bilər”.

Donald Tramp bu gün dekabrın 6-da ABŞ-ın səfirliyinin Tel-Evivdən Qüdsə göçürülməsi barədə qərar verəcəyini bildirib. Bu, regiondakı müsəlman ölkələrinin ciddi narahatçılıığına səbəb olub. Konkret olaraq Türkiyə və Səudiyyə Ərəbistanı Donald Trampa müraciət edərək bu addımı atmamağa çağırıblar. Avropa Birliyinin liderləri Fransa və Almaniya da Donald Trampı bu qərardan daşınmağa çağırıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da çıxış edərək bunun Fədəstində sulhun bərqərar olmasına mane olacağını bildirib. 

Donald Tramp Qüdsdə yəhudi məbədinin qalıqları önündə
Donald Tramp Qüdsdə yəhudi məbədinin qalıqları önündə

Təbii ki, belə olan şəraitdə Azərbaycan da öz sözünü deməlidir. Amma eyni zamanda  Azərbaycanla İsraili sıx əməkdaşlıq birləşdirir. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun Ermənistan ordusu üzərində sürətli qələbəsində İsrailin verdiyi modern texnologiyaların da payı var.

Qabil Hüseynli də bu məsələni nəzərə almağa çağırır: “Təbii ki, biz bu məsələdə etiyatlı davranmalı və İsraillə əməkdaşlığımıza xələl gətirməməliyik. Amma bir müsəlman ölkəsi kimi Trampa da öz sözümüzü deməliyik”.