Seperatçı rejimin prezidenti saxlandı

06 Noyabr, 2020 10:55 | Siyasət | Baxış sayı: 153
Haşim Taçi
Haşim Taçi

Tanınmamış Kosova Respublikasının Prezidenti Haşim Taçi istefasından sonra Haaqada polis tərəfindən saxlanılıb.

İstiPress-in məlumatına görə, bu barədə tanınmamış Kosova Respublikasının Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Taçi ilə bərabər parlament sədri Kadri Veseli, “Kosovo Azadlıq Ordusu”nun (UÇK) keçmiş komandiri Rəcəb Səlimi və UÇK-nın keçmiş sözçüsü Yaqub Krasniçi də həbs edilib.

Onların barələrində müharibə cinayətlərinə dair iddianamənin hazırlandığı bildirilib. Məhkəmə Taçi, Veseli, Selimi və Krasniçinin 1998-ci ilin martı və 1999-cu ilin sentyabr aralıqlarında törədilmiş hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə günahlandırıldığını qeyd edib.

Sənəddə vurğulanıb ki, adları çəkilən şəxslər 100 nəfərin ölümünə məsul şəxslərdir.

Xatırladaq ki, H. Taçi  Haaqa Xüsusi Məhkəməsində 1998-1999-cu illərdə müharibə cinayətlərinə görə ona qarşı açılan iddianamənin təsdiqləməsindən sonra istefa verib.