Sakinlərdən sənədsiz silahlar götürüldü

06 Noyabr, 2019 16:43 | Siyasət | Baxış sayı: 32
Azərbaycanda polis əməliyyatı - ARXİV
Azərbaycanda polis əməliyyatı - ARXİV

Polis əməliyyat keçirib

Salyan və Şəki sakinlərindən silah götürülüb.

İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.