Putin: "Rusiya analoqu olmayan silahlara sahibdir"

06 Noyabr, 2019 18:58 | Siyasət | Baxış sayı: 126
Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti zabitlər və prokurorlar qarşısında çıxış edib

Rusiya dünyada analoqu olmayan silahlara sahibdir, lakin bunlarla heç kəsi təhdid etməyəcək. Çünki onun vəzifəsi yalnız təhlükəsizliyi təmin etməkdir.

İstiPress-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin zabitləri və prokurorları ali vəzifələrə təyin edilməsi və onlara ən yüksək hərbi rütbələr verilməsi münasibətilə təşkil olunan görüşdə deyib.

Putin qeyd edib ki, Rusiya ordusu və donanması yüksək hazırlıqlarını sübut edib, ölkə öz müdafiə potensialını inkişaf etdirmək niyyətindədir və digər ölkələrin hazırda olmayan hipersonik, lazer və digər silah sistemlərini hazır vəziyyətə gətirir. O əlavə edib ki, Rusiya ən yeni silah sistemlərini nəzərə alaraq, dünyada silahsızlaşdırma prosesinə töhfə vermək üçün hər şeyi etməyə hazırdır.