Paşinyanın yeni Qarabağ hiyləsi

06 Noyabr, 2019 15:52 | Siyasət | Baxış sayı: 766

Ermənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb

Əksər beynəlxalq ekspertlər Nikol Paşiyanın Qarabağ danışıqlarında dinamika olması ilə bağlı verdiyi son açıqlamanı Helsinki prinsiplərinin pozulması kimi dəyərləndiriblər.

İstiPress-in məlumatına görə, bunun Ermənistanın inqilabçı baş nazirinin ondan çox şey - Qarabağda sülh və müharibəsiz həyat gözləyən daxili elektrota ünvanlanmış növbəti hiylə olduğu aydındır.

Nikol Paşinyan öz "Facebook" səhifəsində canlı yayım zamanı qoşunların təmas xəttində gərginliyin azaldığını qeyd edib, Qarabağ nizamlanması ilə bağlı əvvəlki tezisini təkrarlayıb: "Mən demişəm ki, Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır".

Bu ritorik ifadələrdən sonra Paşinyan məhz beynəlxalq hüquqdan ya xəbərsiz olduğunu, ya da ona hörmət etmədiyini nümayiş etdirib. İddia edib ki, onun əsas vəzifəsi danışıqlar masasında erməni xalqı üçün məqbul olan həll yolu tapmaqdır,  bu seçimi taparsa, xalqa təqdim edəcək və ictimai müzakirəyə çıxaracaq. Paşinyan həm də iddia edib ki, qərar ümummilli formatda verilməlidir və lazım gələrsə referendum keçirilə bilər.

Paşiyanın məhz bu son iddiası beynalxalq hüquq mütəxəssislərinin ciddi narahatlığına səbəb olur. Çünki Paşinyan hüquqi baxımdan Ermənistana heç bir dəxli olmayan  ərazinin statusu ilə bağlı Ermənistan əhalisi arasında referendum keçirmək istəyir. Bu cür avantürist bəyanatlar hətta Qarabağ klanının dövründə verilməmişdi.    

Amerikalı ekspert, beynəlxalq hüquq sahəsində strateji müşavir Piter Raysın fikrincə, Avropa Birliyi, NATO və ABŞ Dövlət Departamenti Ermənistan baş nazirinin bu araqarışdıran iddiasını qınamalıdırlar. 

“Paşinyanın ritorikası beynəlxalq hüquq normalarına zidd savaş xarakteri daşıyır və XX əsrin əvvəllərində Leninin dünya imperializmə qarşı səsləndirdiyi bəyanatlara bənzəyir“,- deyə Piter Rays vurğulayıb.  

Düzdür, bəzi ermənipərəts Rusiya ekspertləri bunu guya Paşiyanın rayonları Azərbaycana qaytarmaq niyyəti kimi dəyərləndiriblər. Məsələn, ermənipərəts şərhçi Stanislav Tarasov isə “Regnum”da məsələyə həsr etdiyi məqaləsində Nikol Paşinyanın qərbin patronacı altında müəyyən rayonları Azərbaycana qaytarmaq niyyətində olduğunu bildirir. O, Paşinyanın Qarabağ danışıqlarında dinamik inkişaf olması barədə dediklərini şərh edərək, bunun üçün Ermənistanda referendum keçiriləcəyini vurğulayır:

“Əgər güzəşt təklifi kimi rayonların bir qisminin Azərbaycana qaytarılması nəzərdə tutulursa, onda ümummilli referendumun keçirilməsi yetərincə məntiqlidir”,- deyə Tarasov vurğulayır.

Lakin Tarsov özü də bunun taftalogiyadan başqa bir şey olmadığını anlayır - Paşinyan Rusiyanın razılığı olmadan Ermənistan ordusunun yerini 1 metr də dəyitşə bilməz. Çünki 2017-ci ildən Ermənistan ordusu birbaşa Moskvanın komandanlığı altındadır. Moskva və İrəvan Qarabağdakı işğal korpusunu nə qədər müstəqil ordu kimi qələmə verməyə çalışsa da, bütün beynəlxalq hesabatlarda o, Ermənistan ordusunun bir bölməsi sayılır.