Mingəçevirə yeni prokuror təyin edildi

06 Noyabr, 2019 18:27 | Siyasət | Baxış sayı: 67
Zakir Qaralov
Zakir Qaralov

Baş prokuror Zakir Qaralov bununla bağlı əmr imzalayıb

Mingəçevir şəhərinə yeni prokuror təyin olunub.

İstiPress-in məlumatına görə, Baş prokuror Zakir Qaralov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Elmar Camalov Mingəçevir rayon prokuroru təyin edilib.

Təyinatı Baş prokurorluğun mətbuat xidməti təsdiq edib.