Sarkisyan Paşinyanı "yıxıb-sürüdü"

06 Noyabr, 2018 10:21 | Siyasət | Baxış sayı: 217
Nikol Paşinyan
Nikol Paşinyan

"Elə bil ki, baş nazir Paşinyan yox, Ermənistanın nə etməli olduğunu demək üçün gələn Boltondur"

Nikol Paşinyanın xarici siyasəti tamamilə iflasa uğrayıb. Bunu Ermənistanın keçmiş müdafiə naziuri Vigen Sarkisyan bildirib.

“Bizim xalqımız bundan amerikalı diplomat Con Boltonun İrəvana səfərindən sonra əmin oldu. Məlumatımıza görə, Paşinyanın siyasəti  onunla söhbəti zamanı fiaskoya uğrayıb. Çoxlarında hələ elə təəssürat yaranıb ki, Bolton Trampın müşaviri yox, yaxın zamanda nə etmək lazım olduğunu demək üçün İrəvana gələn Ermənistanın baş naziridir. Bundan başqa Bolton Paşinyana tez və operativ yerinə yetirmək üçün tapşırıqlar verib. Qarşıdan gələn seçkilərdə daha çox səs toplamaq, sonra isə Qarabağ münaqişəsinin qeyri populyar olan həllinə imkanı qazanmaq”.

Sarkisyanın fikrincə, ABŞ prezidentinin müşaviri Bakının dediklərini faktiki olaraq təkrar edib – Ermənistanın blokadasında İrəvan özü günahkardır. “Ermənistan ABŞ-dan yeni kömək və birbaşa sərmayə gözləməli deyil”, deyə Bolton bildirib. O, İranla əlaqəli də o erməni baş nazirə xəbərdarlıq edib – "alternativ yoxdur. ABŞ sanksiyasına tabe olmaq lazımdır”.

Paşinyanın isə bu görüş zamanı ağzına su alıb oturması keçmiş naziri qəzəbləndirib. "Mən ölkənin xarici siyasətinin yarım il ərzində nə günə düşdüyünü görəndə dəhşətə gəlirəm”.

O, düşünür ki, arvadı Anna Akaopyanın Qarabağdakı sülhpərəst ideyası və çıxışı deyəsən Paşinyanın çox xoşuna gəlib. “Akopyan Qarabağda deyib ki, güllələrdən qadınlar üçün boyunbağı düzəltmək lazımdır. Bu qəbuledilməz simvoldur. Güllə xanım bəzəyinə çevrilə bilməz.

Baş nazirin  arvadının Qarabağda keçirdiyi qadın mitinqi isə elə ərinin siyasəti kimi iflasa uğradı".