Prezidentdən yeni səfir təyinatı

06 Noyabr, 2018 19:36 | Siyasət | Baxış sayı: 64
XİN
XİN

İlham Əliyev sərəncam verdi

Prezident İlham Əliyev Fərid Abdinbəyovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Fərid Şamil oğlu Abdinbəyov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçımızın digər sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.