Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

06 Noyabr, 2018 17:25 | Siyasət | Baxış sayı: 196
Azərbaycanın təmas xəttindəki özü yeriyən artilleriyası
Azərbaycanın təmas xəttindəki özü yeriyən artilleriyası

"Ermənistanla arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil

Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradılması xəbəri Bakı tərəfindən təkzib edilib. 

İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər: "Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan müdafiə nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil. Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib. Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə birbaşa telefon rabitəsi saxlayır”-David Tonoyan parlamentdə bildirib.

O qeyd edir ki, təmas xəttində gərginlik Düşənbədə baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra azalıb.

“İndi iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var. Biz qoşnların hərəkətini, mühəndis işlərini, hansısa başqa hərəkəti qeydə alan kimi Azərbaycan tərəfinə xəbər veririk ki, dayansınlar”-Tonoyan deyib.

“Bəs Azərbaycan tərəfi buna necə reaksiya verir?”-deputatlar müdafiə nazirindən soruşublar.

“Çox konstruktiv reaksiya verir”-Tonoyan cavab verib.