Ərdoğan İranı müdafiə etdi

06 Noyabr, 2018 18:59 | Siyasət | Baxış sayı: 86
Rəcəb Tayiib Ərdoğan
Rəcəb Tayiib Ərdoğan

"ABŞ sanksiyaları dünyadakı tarazlığı pozmağa hesablanıb"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsindən danışıb.

İstiPress-in məlumatına görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Ərdoğan bu addımın doğru  olmadığını bildirib:

“Bu sanksiyalar dünyadakı tarazlığı pozmağa hesablanıb. Bizə görə doğru addım deyil. Çünki həm beynəlxalq hüquqa, həm də diplomatiyaya ziddir. Dünya daha sülhə dayanıqlı dövrü yaşamaq istəyir. Yeni imperial dünyada yaşamaq istəmirik, təzyiqlərlə üzləşmək istəmirik. İnsanların daha hüzurlu, sülh və əmin-amanlıq şəraitində yaşayacağı dünya istəyirik”.