Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkəri yerindən çıxdı

06 Noyabr, 2018 13:59 | Siyasət | Baxış sayı: 62
Avtobus qəzası
Avtobus qəzası

Avtomobillərin hərəkətində sıxlıq yaranıb

Bakıda 26 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

İstiPress-in məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığındakı tuneldə baş verib. Qəza zamanı avtobusun arxa sol təkərləri yerindən çıxıb.

Hadisə nəticəsində Atatürk prospekti - "Gənclik" istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.