Bakıda erməni seks kölələri

06 Noyabr, 2017 15:15 | Siyasət | Baxış sayı: 6720
Erməni qızlar - ARXİV
Erməni qızlar - ARXİV

Ermənistan kəşfiyyatının yeni casus şəbəkəsi

Erməni hüququnun müəllifi, 12-ci əsrdə yaşamış Mxitar Qoş ermənilərə qızlarını kölə kimi satmağa icazə verib.

İstiPress-in məlumatına görə, bu barədə “nyut.am” portalına müsahibə verən erməni kulturoloq Vardan Caloyan 100 il öncənin erməni ailələrində yalnız oğlan uşaqlarına qiymət verildiyini bildirir.

Evin oğlu bacılarını və hətta yaşlanmış atasını da qul kimi sata bilərmiş. Caloyanın dediyinə görə, hər bölgənin öz atalarından qurtulmağın bir üsulu varmış. Məsələn, Axalkalaki erməniləri atalarının kisəyə salıb meşəyə atırmışlar. Başqa bölgələrin ermənilərinin evlərində isə xüsusi künc olurmuş və evin yaşlı kişisini həmin güncə salırmışlar və heç kim ona qulluq etmirmiş.

Caloyan sovet illərində bu adətə qarşı ciddi mübarizə aparıldığını, amma müstəqillik illərində yenidən həmin adətlərə geri dönüldüyün bildirir. Yəni yenə də yaşlı insanlar taleyin ümidinə buraxılır, yenə də qızları qul kimi satmaq faktları ortaya çıxır.

Trabzonda erməni fahişə şəbəkəsinin üzvlərinin tutulması zamanı - ARXİV
Trabzonda erməni fahişə şəbəkəsinin üzvlərinin tutulması zamanı - ARXİV

Nüfuzlu “Morning” qəzetinin yazdığına görə, Ermənistan xüsusi xidmət orqanları region ölkələrində fəaliyyət göstərmək üçün xüsusi qızlar yetişdirirlər. “Trabzon.news” internet resursunun materiallarına istinad edən “Morning” qəzeti bildirir ki, avqust ayında Trabzonda ələ keçirilən 15-ə yaxın erməni qızı istintaqa Türkiyə polkovnik Karen Babakexyan tərəfindən göndərildiklərini bildiriblər.      

Məsələyə oktyabr ayında məqalə həsr etmiş “haqqin.az” portalı erməni mətbuatına istinadən bildirmişdi ki, keçmişdə Ermənistan polisinin təşkil olunmuş cinayətlə mübarizə şöbəsinə rəhbərlik etmiş Karen Babakexyan bu işə uzun illər rəhbərlik edib və Ermənistanın rəsmi dairələri ona dəstək verib.

2013-cü ildə Türkiyəyə yola salınmış həmin qızların Türkiyədə nə işlə məşğul olduqlarını bu ölkənin təhlükəsizlik orqanları araşdırır. Qızlar Trabzonda “seks köləsi” olduqlarını iddia edirlər. Amma belə ehtimal edilir ki, bu, onların fəaliyyətinin görünən tərəfidir. Reallıqda isə onların casus şəbəkəsi kimi fəaliyyət göstərdiyi güman edilir.

Belə qızların Azərbaycana da göndərildiyi ehtimal edilir. Erməni kəşfiyyatı bunun üçün Rusiyanın və digər ölkələrin hüquq-mühafizə orqanlarında işləyən milliyyətcə erməni əməkdaşlardan da istifadə edə bilərlər. Yəni İrəvanda Azərbaycanda işləmək üçün yetişdirilmiş qızlar Rusiyada və ya başqa ölkədə doğulmuş azərbaycanlı kimi Azərbaycana yerləşdirilə bilər. Bu qızların nüfuzlu şəxslərin yanın katibə, sevgili və s. kimi yerləşdirilməsi istisna edilmir. Azərbaycanın təhlükəsizlik orqanlarının bu cür qastrolçları diqqətlə öyrənməsi vacibdir.

Çingiz Rüstəmov / İstiPress