4 arvadlı milyarder şahzadənin qeyri-adi əyləncəsi - liliputları sağa-sola fırladıb... FOTOLAR

06 Noyabr, 2017 16:05 | Siyasət | Baxış sayı: 557
Şahzadə və 4-cü arvadı
Şahzadə və 4-cü arvadı

Şahzadənin həyatını dəyişən nəsiət

Səudiyyə Ərəbistanında ötən gün saxlanılan "dünyanın ən varlı" adamlarından biri haqqında maraqlı məlumatlar dərc edilib. İddiaya görə, korrupsiya cinayətləri ilə bağlı saxlanılan şahzadə əl Valid bin Talal sarayında onu əyləndirməsi üçün qısa boylu adamlar saxlayıb. 

Dünyanın ən varlı 100 adamından biri olan şahzadə Prens Əl Valid sarayında bəzən sırf əyləncə olsun deyə liliputları sarayında sağa-sola fırladıb.

Sərvətini necə qazandı? 

ABŞ-dakı "Vanity Fair" jurnalı bir neçə il öncə "Səhradakı səhmdar" başlıqlı yazısında şahzadə haqqında böyük məlumat vermişdi. Əl Valid 30 yaaşında Kaliforniyadakı kolleclərdən birini bitirərək Ərəbistana qayıdıb. İlk dəfə atası ona 30 min dollar pul verir. Amma o pulu bir ildə bitirir. İkinci dəfə kral ailəsinin üzvi olan ata övladını 300 min dollarla sevindirir. Amma bu pulda cəmi 3 il onu görür. Üçüncü dəfə pul istəyəndə atası ona bunun əvəzində nəsihət verir. "Öz işini qur". Bundan sonra o kredit götürərək öz işini qurmağa başlayır. Müxtəlif sahələrə sərmayələr qoymaqla qısa zaman ərzində milyonlarını qazanır. 

62 yaşında o "Apple" və "Twitter" kimi texnologiya nəhənglərinin hissələrini alıb. İşlə bağlı o heç zaman sirr saxlayan olmayıb. Hətta "Forbes"i sərvətini az göstərdiyi üçün məhkəməyə də verib. 

Ən sevdiyi ölkə...

Şahzadənin hər yay sevə-sevə istirahət etdiyi ilk ölkə Türkiyədir. Xüsusilə Bodrum. O, bu il şəxsi təyyarəsi ilə Bodruma 300 çemodan, 30 velosiped gətirmişdi.

11 sentyabr terrorundan sonra o dağılan dünya ticarət mərkəzinin əvəzində 10 milyon yardım etmək istəyib. Lakin o zamanın Nyu York meri Fələstinlə bağlı məsələdə Əl Validin İsrail və ABŞ-a qarşı çıxdığını əsas gətirərək yardımdan imtina edib.

Tramp ilə mübahisə

Şahzadə ABŞ-da prezident seçkisi ərəfəsində Donald Trampla qalmaqalı ilə də yadda qalıb. Trampı "Amerikanın üz qarası" adlandıran şahzadənin cavabı gecikməyib. Tramp ona "axmaq, atasının pulu ilə siyasətə yön vermək istəyir" deyə cavab vermişdi. Lakin Əl Valid Tramp prezident seçildikdən sonra mövqeyini dəyişərək ona zeytun budağı uzadıb və "təbriklər və uğurlar" yazıb. 

Şəxsi həyatı 

O, bir müddət həyat yoldaşları ilə də paparatsilərin hədəfi olub. Şahzadə düz 4 dəfə rəsmən evlənib. Böyük oğlu 1978-ci ildə doğulub. Onun son həyat yoldaşı özündən dəfələrlə gənc olan Amira Al Taveel olub. Gənc qadının gözəlliyi bütün dünyada məşhur idi. 32 milyard dolları olan şahzadə gözəl, cazibədar və gənc həyat yoldaşı ilə kübar cəmiyyətin ən parlaq simalarından hesab edilirdi. Lakin gözlənildiyinin əksinə olara onun evliliyi olduqca qısa davam edib. Gözəlliyi dillərə dastan olan Amira Al-Taveel ani bir qərarla 2013-cü ildə ayrılıb. Lakin hələ də heç kim 58 yaşlı şahzadənin kral ailəsindən olan 30 yaşlı gözəl arvadından nə üçün ayrıldığını bilmir. 

Şahzadə həm də dünyanın ən lüks şəxsi təyyarələrindən birinə sahibdir. Yarım milyard dollara yaxın pul xərcləyərək aldığı təyyarəni o yenidən dizayn etdirib. Təyyarənin içi isə saraydan fərqlənmir. Onun tualetləri belə qızılı örtüklə uüzlənib. 

tutuklanan-suudi-prensin-mahrem-sirri-genc-esini-10212105_5663_m
tutuklanan-suudi-prensin-mahrem-sirri-genc-esini-10212105_5663_m