KTMT Azərbaycan qarşısında zəiflik göstərdi

06 Oktyabr, 2018 11:37 | Siyasət | Baxış sayı: 305
KTMT tankları
KTMT tankları

Erməni siyasətçi Əliyev - Paşinyan görüşü barədə

Erməni siyasətçiləri əvvəl edir, sonra düşünürlər. Politoloq Suren Zolyan jurnalistlərlə söhbətində Azərbaycanın KTMT-yə qoşulması barədə gəzən söhbətləri və bu təşkilatın rəhbərə Yuri Xaçaturov ətrafında baş verənləri şərh edərkən bildirib. 

Zolyan qeyd edib ki, Bakının KTMT-yə üzv olmaq üçün müraciət edəcəyinə inanmır. Onun fikrincə, əgər hətta Azərbaycan bu addımı atmağa qərar verərsə, böyük ehtimalla, söhbət müşahidəçi statusundan gedəcək. Hətta bu perspektivi də ekspert az inandırıcı sayır. Bu məsələ ilə bağlı Bakının fəallaşması və KTMT baş katibi ətrafındakı hadisə ilə bağlı paralellər görüb-görməməsi barədə suallara cavab verərəkən Zolyan mənfi cavab verib. O vurğulayıb ki, rəsmi səviyyədə bu quruma üzvlüklə bağlı Bakı heç zaman heç nə deməyib.

Onun sözlərinə görə, İrəvan öz addımları ilə Xaçaturyana qarşı KTMT-nin öznünü mövqelərini zəiflədir, bu təşkilatın zəifliyini göstərdi: “Diplomatik statusa malik baş katib bu cür vəziyyətə düşüb. Şəksiz, bu cür addım KTMT-dən olan tərəfdaşlarla razılaşdırılmamışdı. Belə görünür ki, bu məsələdə İrəvanı heç kim dəstəkləmədi. Əvvəlcə düşünmək, sonra etmək lazımdır. Paşinyanın komandası hər şeyi tərsinə etdi. İndi vəziyyətdən çıxış yolu axtarır”.

Zolyanın fikrincə, Ermənistanın yeni hakimiyyətində yalnız əvvəlki siyasi addımların inersiyası görünür.

Düşənbə meydanlarında Paşinyanla Azərbaycan prezidenti Əliyevin anlaşmasından danışan Zolyan bildirib ki, 2-3 dəqiqəqilk görüşdə ciddi heç bir anlaşma mümkün deyil. Yada salaq ki, Paşinyan özü söhbətlərində  qeyd edib ki, bu, ona üçün piar üçün lazım idi.