Hacıbala Abutalıbova daha bir vəzifə verildi

06 Oktyabr, 2018 10:59 | Siyasət | Baxış sayı: 180
Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.

İstiPress-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov”, “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri isə “Firudin Qurbanov” sözləri ilə əvəz edilib.