Erməni konyakı rus deputatın başını xarab etdi

06 Oktyabr, 2018 10:28 | Siyasət | Baxış sayı: 78
Konyak
Konyak

Konstantin Zatulin prezident Vladimir Putinin əleyhinədir

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin prezident Vladimir Putinin əleyhinədir. 

Zatulinin bir sıra KİV-lərə verdiyi müsahibədən sonra bu nəticəyə gəlmək olur. Mətbuatda Rusiya prezidentinin Azərbaycana səfərindən sonra çıxış edən rus deputat Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafının əleyhinədir.

Vladimir Putin dəfələrlə iki ölkənin strateji münasibətlərin sürətli inkişafından danışıb, cənab Zatulin isə Azərbaycanın tezliklə dağılacağından danışır. Niyə və nə vaxt bu, baş verməlidir - bax, Zatulin bunu dəqiqləşdirmir.

Belə çıxır ki, o, xəstədir - psixi xəstə. Ona təcili tibbi yardımı və tam rahatlıq lazımdır.

Xalq arasında deyirlər ki, bu, deputat tərəfindən həddindən artıq erməni konyakı içmək hesabına baş verib. Bəllidir ki, xalq boş söz danışmır.