Putinin müşavirindən Azərbaycan barədə sensasion açıqlama

06 Oktyabr, 2017 15:45 | Siyasət | Baxış sayı: 2697
Valdimir Putin - Rusiya prezidenti
Valdimir Putin - Rusiya prezidenti

“Azərbaycanla bağlı qərar Ermənistanın istəyindən asılı olacaq”

Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə yekun qərar Ermənistandan asılı olacaq.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin Avrasiya inteqrasiyası məsələləri üzrə müşaviri Sergey Qlazev bildirib.

"Avrasiya İqtisadi İttifaqı bütün iştirakçılar üçün açıqdır, amma belə olan halda qərar Ermənistandan asılı olacaq, çünki konsensus əsasında verilir", - deyə Qlazev altıncı Rusiya - Ermənistan regionlar arası forumunun və ikinci Avrasiya forumunun açılışı zamanı bildirib. Onun fikrincə, Avrasiya İttifaqının üzvü olan Ermənistan öz veto hüququndan istifadə edə bilər.

Əslində, Qlazev arzuladıqlarını gerçəklik kimi qələmə verir. Moskvanın Azərbaycanı Avrasiya İttifaqına daxil etmək arzusu həmişə var. Sadəcə, Azərbaycan bunu istəmir və suverenliyini qismən də olsa itirmək istəmir. Rəsmi Bakı Moskva ilə ikitərəfli sazişlər əsasında əməkdaşlığa daha çox üsütünlük verir. Ermənistana gəldikdə isə, Azərbaycan Avrasiya İttifaqına daxil olmaq istəlikdə və Moskva ilə razılaşdıqda, Ermənistan "quzu" kimi buna səs verəcək. Çünki Avrasiya İttifaqı daxilində Ermənistanla bağlı hər şeyi Moskva həll edir.