Nobel sülh mükafatının sahibi bilindi

06 Oktyabr, 2017 13:17 | Siyasət | Baxış sayı: 76
Nobel mükafatının qalibləri açıqlanıb
Nobel mükafatının qalibləri açıqlanıb

Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya mükafata layiq görüldü

Nobel sülh mükafatının sahibi məlum olub. İstiPress-in məlumatına görə, bu mükafata Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

Qeyd edək ki, mükafat quruma "nüvə silahlarından istifadənin ağır fəsadlarla nəticələnəcəyinə diqqət ayırmaq sahəsindəki fəaliyyəti və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasındakı səylərinə görə" verilib.  

Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək.