İrəvana erməni konqresmenlərdən sillə

06 Oktyabr, 2017 09:43 | Siyasət | Baxış sayı: 121
Qarabağdan İrəvana gedən yol
Qarabağdan İrəvana gedən yol

Amerikalı siyasətçilər erməniləri şoka saldılar

Ermənistan siyasət aləmi şokdadır. Sən demə ABŞ konqresmenlərinin Ermənistana səfəri o qədər də yaxşı keçməyib. Onlar bu Cənubi Qafqaz ölkəsinə sentyabrın sonunda gəliblər. Ancaq geri - evə qayıdandan sonra müəyyən olub ki, 6 konqresmendən ancaq ikisi Dağlıq Qarabağa gedib. Bunu "Qraparaq" qəzeti yazır. 

Geridə qalan 4 nəfər isə qəti şəkildə Azərbaycanın ermənilər tərəfindən işğal edilən regionuna getməkdən imtina ediblər.

İmtina edənlərin arasında erməni milliyətindən olan konqresmenlərin olması xüsusilə Ermənistanın hiddətinə səbəb olub. səfərin başqa təfərrüatları barədə isə qəzet heç nə yazmayıb.