Ermənilər gürcü kilsəsini tuta bilmədilər

06 Oktyabr, 2017 12:16 | Siyasət | Baxış sayı: 221
Qumburdo kəndində toqquşma
Qumburdo kəndində toqquşma

Gürcüstan hakimiyyəti onların yenidən fəallaşacağını istisna etmir

İstipress bir neçə gün bundan əvvəl Gürcüstanın Axalkalaki rayonunun Qumburdo kəndində yerli ermənilərlə polis arasında toqquşma barədə xəbər vermişdi. Ermənilər bu kənddə gürcü məbədinin qarşısında özlərinə məxsus xaç qoyaraq sonralar buranı erməni kilsəsinə çevirmək niyyəti ilə təxribata əl atmışdılar. Hətta polislə toqquşma baş vermiş, havaya atəş açıldıqdan sonra kütlə dağılmışdı. Ermənilər isə məcbur olub geri çəkilmişdilər. 

Bu arada Gürcüstandakı erməni apostol yeparxiyasının rəhbəri xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, məbədə qarşı heç bir iddiaları yoxdur. Onu gürcülərinki sayırlar.

Gürcüstan hakimiyyəti isə onların yenidən fəallaşacağını istisna etmir. Rəsmi Tbilisi yaxşı anlayır ki, Dağlıq Qarabağda da bütün baş verənlər məhz xaçdan sonra olub. Əvvəl xaç qoyuldu, sonra isə müharibə başladı.